Qaxın dağlıq ərazilərində meşə yanğınları başlayıb

Qaxın dağlıq ərazilərində meşə yanğınları başlayıb
01:27 19 Noyabr 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax. 19 noyabr. REPORT.AZ/ Qax rayonunun dağlıq zonada yerləşən meşəlik ərazisində yanğın baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın ötən gün axşam saatlarından etibarən rayonun İlisu kəndi yaxınlığında, Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qeydə alınıb.
Havanın qaranlıq, ərazinin isə dağlıq olması ilə əlaqədar yanğının söndürülməsi işləri səhərə qədər təxirə salınıb. Hazırda yanğın davam edir. Qax Yanğından Mühafizə Hissəsi və müşahidə qrupu yanğının söndürülməsi üçün səhər saatlarında dağlıq əraziyə yollanacaq.
Ərazidə otlaq sahəsinin, kol-kosun və yaxud ağacların yanması ilə bağlı dəqiq məlumat yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaxin-dagliq-erazilerinde-mese-yanginlari-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR