Bakıda qəza: minik avtomobili sərnişin avtobusu ilə toqquşdu

Bakıda qəza: minik avtomobili sərnişin avtobusu ilə toqquşdu
06:18 19 Noyabr 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xəzər rayonunda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Publika.az xəbər verir ki, Maştağa-Buzovna yolunda “VAZ-2104” markalı avtomobil avtobusla toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, səhv manevr nəticəsində baş verən qəza zamanı 107 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişin olmayıb.

Sürücülərin ciddi xəsarət olmadığı bildirilir.

Hadisə yerinə cəlb olunan yol polisi əməkdaşları qəzanın səbəblərini araşdırır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/221270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR