Volqoqradda 30 nəfərin qalıqları aşkarlandı

Volqoqradda 30 nəfərin qalıqları aşkarlandı
07:39 19 Noyabr 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Volqoqrad şəhərinin ətrafında azı 30 nəfərin qalıqları aşkarlanıb.  APA-nın “Ren TV”-yə istinadən verdiyi xəbərə görə, insan skeletləri tikinti işlərinin aparıldığı meydançada aşkarlanıb. Şahidlərin sözlərinə görə, qalıqların Böyük Vətən Müharibəsi qurbanlarına məxsus olduğu istisna edilmir.  

 

Hadisə yerindən təqdim olunan videoda “tapıntı”nın brezentlə örtüldüyü əks olunub. Məlumata görə, qalıqlar artıq 3-4 gündür ki ortalıqda qalmaqdadır. 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/288256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR