Aİ-Türkiyə görüşü təxirə salındı

Aİ-Türkiyə görüşü təxirə salındı
09:05 19 Noyabr 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Enerji layihələrinin müzakirəsi üzrə noyabrın 20-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ-Türkiyə görüşü təxirə salınıb.

Bu barədə Trend "Haber 7"yə istinadən xəbər verir.

Türkiyə nümayəndə heyətinə ölkənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın başçılıq edəcəyi nəzərdə tutulmuşdu.

Qeyd olunur ki, Avropa İttifaqı və Türkiyə arasında əlaqələrin canlanması baxımından vacib olan görüş "müəyyən çətinliklər səbəbindən" təxirə salınıb.

Görüşün yeni tarixi barədə məlumat verilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/600578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR