Horadizdə 2 ədəd PHS tapıldı

Füzuli rayonu, Horadiz şəhəri ərazisində 2 ədəd partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Metbuat.az-a verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 85 mm-lik top mərmisi (OF-416) və 1 ədəd 81 mm-lik minaatan mərmisi(M43A1)) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.

Günün qoroskopu: Mənfi tendensiyaların təsiri güclü olacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR