Bakının Sabunçu rayonunda yanğın baş verib.
Metbuat.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli, 3 otaqlı evin dam örtüyünün, dəhlizinin və bir otağının yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Çaylarda sululuq səviyyəsi ilə bağlı monitorinqin - Nəticələri - Oxumaq üçün tıkla