İki erməni Bakını qarışdırdı

İki erməni Bakını qarışdırdı
14:06 7 Aprel 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Pyotr Montinin adını daşıyan pabın üzərində erməni terrorist Andranik Ozanyanın şəklinin aşkarlanması sosial şəbəkədə gərginlik yaşatdı.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkə istifadəçiləri rəylərində Bakıda həqiqi soyadı Montyan olan və buna görə erməni olduğu ehtimal edilən Montin ləqəbli bolşevikin adına niyə Bakıda market, otel və pab olduğunu anlaya bilmirlər. Pabın üzərində 1918-20-ci illərdə Qərbi Azərbaycanın 200-dən çox müsəlman kəndinin əhalisini məhv etmiş erməni Andranik Ozanyanın şəklinin olması da şəksizdir. Türkiyədən qaçmış Andranik Ozanyan Rusiya ordusunda general-mayor rütbəsinə qədər yüksəlmişdi və pabın üzərindəki məhz onun şəklidir.

Bakıda Şirvanşahlar dövründən yaşayan ailəyə məxsus çaxır-likor fabrikantının ailəsində doğulmuş və həddindən varlı yaşamış Pyotr Montyan daima həbsxanalarda olduğuna görə heç bir hərbi rütbəsi ola bilməzdi. Montyan həmçinin erməni terrorist Tatevos Amirovla birlikdə varlı müsəlman ailələrini soymaqla məşğul olub. Bu ailələrin övladlarını oğurlayaraq əvəzində pul tələb edirmişlər.

Bolşevik qruplaşmasının üzvü olmuş Montyan öz yoldaşları tərəfindən öldürülüb. Onu Padla ləqəbli Qəzənfər Musəbəyovun dəstəyi ilə Lavrenti Beriya vurub. Maraqlıdır ki, Bakıda onun abidəsini də məhz Qəzənfər Musabəyov açıb. Həmin vaxt Qəzənfər Musabəyov Mərkəzi İcraiyyə Komitəsinin sədri olub.







Quldur erməni general-mayor Andranik Ozanyan






Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR