"Real" Madrid derbisində xal itirdi

İspaniya La Liqasında XII tura start verilib.

Metbuat.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Atletiko Madrid" doğma meydanında əzəli rəqibi "Real Madrid" komandasını qəbul edib. Oyunda klubların bir-neçə dəfə fərqlənmə imkanları olmasına baxmayaraq, matç qolsuz heç-heçə ilə başa çatıb.

Madrid derbisində hər iki komandanın xal itirməsi lider "Barselona"nın işinə yarayıb və aralarındakı xal fərqi 10-a yüksəlib.

Qeyd edək ki, turun digər qarşılaşmasında "Barselona" səfərdə 0:3 hesabı ilə "Leganes"i məğlub edib.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR