“Bakcell” yaxın günlərdə kütləvi SMS-lərin idarə olunması üçün yeni platforma istifadəyə verəcək

15:13 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
“Bakcell” şirkəti yaxın günlərdə kütləvi SMS-lərin idarə olunması üçün yeni platforma istifadəyə verəcək.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə tətbiq edilən yeni xidmət sayəsində abunəçi özünün “ağ siyahı”sını formalaşdıracaq. Həmin siyahıya SMS almaq istədiyi mağazanın, şirkətin, bankın və s. obyektlərin adını daxil edəcək və beləliklə, yalnız özünün arzuladığı reklam və informasiya xarakterli SMS-ləri alacaq. Bunun üçün abunəçi xüsusi nömrəyə SMS göndərməli olacaq.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tətəfindən “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsinə dair təkliflər hazırlanıb. Belə ki, mobil telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə xarakterli SMS-lərin abunəçilərə kütləvi və avtomatik olaraq göndərilməsinin yalnız onların ilkin razılığı alındığı halda həyata keçirilməsi təklif olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakcell_yaxin_gunlerde_kutlevi_SMS_lerin_idare_olunmasi_uchun_yeni_platforma_istifadeye_verecek-844224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR