Sosialist Əməyi Qəhrəmanı vəfat etdi - FOTO

Sosialist Əməyi Qəhrəmanı vəfat etdi - FOTO
15:17 7 Aprel 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Ərəstun Surxay oğlu Məmmədov 93 yaşında uzun sürən xəstəlikdən sonra yaşadığı Biləsuvar rayonunda dünyasını dəyişib.

APA-nın məlumatına görə, Ə.Məmmədov yaşadığı Xırmandalı kəndinin qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, yerli ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, Ə.Məmmədov 1922-ci ildə Biləsuvarın Xırmandalı kəndində ziyalı ailəsində dünyaya gəlib. Çox gənc yaşlarından əmək fəaliyyətinə başlayıb. 1988-ci ilə kimi pambıqçılıq briqadasına başçılıq edib. Qazandığı yüksək nailiyyətlərə görə 1973-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Ərəstun Məmmədov ümumilikdə 5 orden və 15-ə yaxın müxtəlif medallarla təltif olunub. 2004-cü ilə kimi zəngin təcrübəsini rayonda taxılçılığın inkişafına həsr edib. Göstərdiyi xidmətlərə görə ona Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü təyin olunmuşdu.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR