Azərbaycanda dəhşətli hadisə: sürücünün gözləri çıxdı

Azərbaycanda dəhşətli hadisə: sürücünün gözləri çıxdı
18:24 19 Noyabr 2017
158 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:30 radələrində Şamaxı-Qızmeydan yolunda qeydə alınıb.

 

Hadisə zamanı sürücü 1974-cü il təvəllüdlü Ocaqzadə Rəhim Vahid oğlu və sərnişin, Bakı sakini 1989-cu il təvəllüdlü Fərəcova Fəridə Məhərrəm qızı ağır bədən xəsarətləri aldıqları üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Zərbənin təsiri nəticəsində sürücünün gözlərinin çıxdığı, nəticədə görmə qabiliyyətini itirdiyi bildirilir. Hazırda onun vəziyyəti ağır olaraq qalır. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/288289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR