İlham Məmmədov: "İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi idman hadisəsidir"

İlham Məmmədov: "İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi idman hadisəsidir"
15:22 7 Aprel 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

“İlk Avropa Oyunları kimi böyük idman tədbirinin ölkəmizdə keçirilməsini həzm edə bilməyən qüvvələr öz çirkin əməllərindən həmişəki kimi əl çəkmirlər”.

Bu barədə Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov qeyd edib ki, bu qüvvələr müntəzəm olaraq Azərbaycan haqqında ədalətsiz və qeyri-obyektiv məlumatlar yayaraq ölkəmizin imicinə zərbə vurmağa çalışırlar.

Deputat qeyd edib ki, Azərbaycan müstəqil siyasət yeridir və istənilən məqamda öz sözünü deyə bilir: “Bu da ölkəmizi istəməyən qüvvələri çox məyus edir. Ona görə onlar hər vəchlə çalışırlar ki, ilk Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyası aparıb bu yarışa kölgə salsınlar. Ancaq aydın görünür ki, bu şər qüvvələr həmişə olduğu kimi, bu dəfə də iflasa uğrayacaqlar”.

İ.Məmmədov əlavə edib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilk növbədə tarixi idman hadisəsidir: “Çünki Avropa ölkələrinin əksəriyyəti öz idmançıları ilə bu oyunlarda təmsil olunacaq. Onların azarkeşlərini də bura əlavə etsək, deyə bilərik ki, ölkəmizin təbliğatında Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür. Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmiz üçün tamamilə yeni bir səhifə açır. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə bir ilkə imza atacaq”.

İ.Məmmədovun fikrincə, Avropa Oyunları ölkəmizə daha böyük siyasi və iqtisadi dividentlər gətirəcək:

“İlk növbədə, ölkəmizin beynəlxalq aləmdə etibarlılığı daha da artacaq. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox özünə çəkəcək. Azərbaycanı istəməyən, uğurlarını qəbul edə bilməyən qüvvələr isə bundan çox əndişələnəcək”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR