Türkiyədə keçirilən hərbi təlimlərdə iştirak edən Azərbaycan təyyarələri vətənə dönüb

Türkiyədə keçirilən hərbi təlimlərdə iştirak edən Azərbaycan təyyarələri vətənə dönüb
14:27 7 Aprel 2015
59 Sosial
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 15:24 ]


Bakı. Ağa Cəfərli - APA. İllik hərbi əməkdaşlıq planına əsasən Türkiyə Respublikasında keçirilən "TurAz Şahini 2015" birgə təlimlərində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri vətənə qayıdıb.

 

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Təlimlərində iştirak edən şəxsi heyət müxtəlif növ döyüş tapşırıqları, o cümlədən, şərti yaxın hava döyüşləri, birgə hava uçuşları, qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatı, şərti düşmənin yer hədəflərinə bomba və top zərbələri endirilməsi və praktik döyüş atışlarını kompleks şəkildə yerinə yetirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR