UNESCO-da “Kitabi-Dədə Qorqud” dastanının ilk çap versiyasının 200 illiyinə həsr olunan tədbir keçiriləcək

UNESCO-da “Kitabi-Dədə Qorqud” dastanının ilk çap versiyasının 200 illiyinə həsr olunan tədbir keçiriləcək
15:28 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Paris, 7 aprel, AZƏRTAC
Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə aprelin 15-də qurumun mənzil-iqamətgahında UNESCO-nun 70 illiyinə və türk dünyasının eposu “Kitabi-Dədə Qorqud”un ilk çap versiyasının 200 illiyinə həsr olunan “Qorqud irsi və türk dünyası” mövzusunda tədbir keçiriləcək.
Tanınmış ictimai-siyasi xadimlərin, UNESCO rəsmlərinin iştirakı ilə keçiriləcək tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanı təmsil edən alim və qorqudşünasların ilk yazılı əsər hesab edilən “Kitabi-Dədə Qorqud” dastanı, onun əsas məziyyətləri və nəşr tarixi barədə elmi məruzələri dinləniləcək.
Sonda Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edəcəklər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/UNESCO_da_Kitabi_Dede_Qorqud_dastaninin_ilk_chap_versiyasinin_200_illiyine_hesr_olunan_tedbir_kechirilecek-844230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR