Azərbaycan təyyarələri Türkiyədə keçirilən təlimlərdən qayıdıb

Azərbaycan təyyarələri Türkiyədə keçirilən təlimlərdən qayıdıb
15:29 7 Aprel 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+

İllik hərbi əməkdaşlıq planına əsasən Türkiyə Respublikasında keçirilən "TurAz Şahini-2015" birgə təlimlərində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri vətənə qayıdıb. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Təlimlərdə iştirak edən şəxsi heyət müxtəlif növ döyüş tapşırıqları, o cümlədən, şərti yaxın hava döyüşləri, birgə hava uçuşları, qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatı, şərti düşmənin yer hədəflərinə bomba və top zərbələri endirilməsi və praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR