Norveçin 80 yaşlı kralı V Harald aşkar olunan infeksiyası ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Metbuat.az xəbər verir ki, bu haqda kral sarayının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, kralın vəziyyəti yaxşılaşmağa doğru gedir, lakin o, bazar ertəsi nəzərdə tutulan tədbirlərdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, 2003-ci ildə V Haralda xərçəng diaqnozu qoyulub.