Mourinyonun müqaviləsində rekord buraxılış qiyməti

Mourinyonun müqaviləsində rekord buraxılış qiyməti
02:32 20 Noyabr 2017
158 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun yayda PSG-nin sükanı arxasına keçmək ehtimalı istisna edilmir. Onun agenti Jorje Mendeş Paris klubunun bossları ilə yaxşı münasibətə malikdir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2018-ci il iyunun 30-a kimi müqaviləsi olan Mourinyonun buraxılış qiyməti 20 milyon funtdur. Bu məbləğ məşqçilər arasında rekord sayıla bilər. "Qırmızı şeytanlar" portuqal mütəxəssisin müqaviləsini avtomatik 1 il uzatmaq və ya yeni anlaşma təklif etmək hüququna da malikdir. Klub rəhbərliyi ona 13 milyon funt illik məvaciblə 5 illik müqavilə təklif etmək niyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/600745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR