Xızıda 176 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 176 ədəd partlamamış hərbi sursat aşkarlanıb
03:32 20 Noyabr 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 noyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 176 ədəd partlamamış hərbi sursat (PHS), 120 ədəd partlamış-yanmış mərmi qalıqları və 499 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 64 000 kv.m (6.40 ha) ərazi yoxlanılmışdır.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, ümumiyyətlə, 74 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 18 991 ədəd partlamamış hərbi sursat (PHS), 8 568 ədəd partlamış-yanmış sursat qalıqları və 68 102 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 69 160 285 kv.m (6 916 ha) ərazi yoxlanılmışdır.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/xizida-176-eded-partlamamis-herbi-sursat-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR