Yeni Kaledoniyada sunami təhlükəsi ilə əlaqədar təxliyyə elan edilib

Yeni Kaledoniyada sunami təhlükəsi ilə əlaqədar təxliyyə elan edilib
04:37 20 Noyabr 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 noyabr. REPORT.AZ/ Yeni Kaledoniyanın hakimiyyət orqanları Sakit okeanda baş vermiş güclü zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar təxliyyə elan edib.
"Report" xəbər verir ki, bu barədə "NC 1" teleradio şirkəti məlumat yayıb.
Qeyd edilir ki, xəbərdarlıq Loyalti və İl-De-Pan adalarında yayılıb. Sunami Xəbərdarlığına dair Sakit Okeanı Mərkəzinin məlumatına görə, dalğaların hündürlüyü 1 metrə çata bilər.
Qeyd edək ki, daha əvvəl Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə növbəti güclü zəlzələ olub. Zəlzələnin episentri 26 kilometr dərinlikdə, Tadin şəhərindən 69 kilometr şimal-şərqdə qeydə alınıb.
Bundan əvvəl isə 6,7 və 6,3 bal gücündə zəlzələlər baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yeni-kaledoniyada-sunami-tehlukesi-ile-elaqedar-texliyye-elan-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR