Bakı. 20 noyabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişi yaşadığı evdə bıçaqlanıb.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Maştağa qəsəbəsi, Nizami küçəsi ev 5 ünvanında 1963-cü il təvəllüdlü Sadıqov Hüseynqulu Əlmədət oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.