Bakıda İANILMAZ HADİSƏ - Binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar - FOTO

Bakıda İANILMAZ HADİSƏ - Binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar - FOTO
05:58 20 Noyabr 2017
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar.

Trend-in məlumatına görə, hadisə paytaxrın Nəsimi rayonu ərazisində, "Moskva" Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8 -ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS" markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/221346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR