Rüstəm Cəbrayılov: "Artıq boğaza yığılmışam"

Rüstəm Cəbrayılov: "Artıq boğaza yığılmışam"
15:31 7 Aprel 2015
1217 Şou
Ölkə mətbuatı
A- A+

Rüstəm Cəbrayılovun boşanma xəbərləri yalan çıxdı. Dünya səviyyəli azərbaycanlı model ANS PRESS-ə açıqlamasında, yazılanları təkzib etdi.

Ən yaraşıqlı azərbaycanlı kimi tanınan Rüstəm, maqazin verilişlərinin birinə verdiyi müsahibəsinin təhrif olunduğunu söylədi: "Mən o müsahibədə demişəm ki, hər bir münasibətdə problemlər olur. Bu da normaldır, heç kimin ağlına başqa şey gəlməsin. Dost var, düşmən var, ağzınıza gələni danışmayın. Guya mən "boşanırsızmı?" sualına "hə" demişəm. Əslində isə bu barədə danışmaq istəmirəm demişəm. "Danışmaq" kəlməmdəki "da" sözünü saxlayıb, "nışmaq" yerini montaj ediblər. Məndən soruşurlar ki, bəs niyə o sualı cavablandıranda gülürəm. Əsəbimdən gülürdüm. Düz 4 dəfə eyni sualı verdi mənə. Mən mədəni şəkildə gülümsəyərək, danışmaq istəmədiyimi dedim. Nəticəsi də bu oldu".

Fikirlərinin təhrif edilməsi, üstəlik də belə boşanma şayiələrinin yayılması Rüstəm Cəbrayılova olduqca pis təsir edib. "Mən bu ölkə üçün ömrümün 10 ilini sərf eləmişəm. Ölkəmə, millətimə layiqli bir insan olmağa çalışmışam həmişə. Belə şeylərlə mənim adımı çıxarmayın, bizə yaraşmaz. Küsdürməyin məni bu ölkədən..." - deyə, o incikliyini bildirdi.

Rüstəm Cəbrayılov sonda bir daha bu mövzuda danışmaq istəmədiyini bildirdi: "Üzrlü sayın, artıq konkret boğaza yığıldım. Ümid edirəm, anlayışla qəbul edəsiz bu fikrimi".


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=336382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR