Milli Məclisin Sosial siyasət komitəsində “Autizm haqqında” yeni qanun layihəsi müzakirə olunub

15:32 7 Aprel 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 15:27 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Autizm haqqında” yeni qanun layihəsi müzakirə olunub.

APA-nın məlumatına görə, komitə sədri Hadı Rəcəbli layihə barədə məlumat verərək bildirib ki, yaranan zərurət belə bir qanun layihəsinin hazırlanmasını vacib edir.

 

Bu xəstəliyin erkən yaş dövrlərindən başlandığını deyən komitə sədri bildirib ki, statistikaya görə buna əsasən oğlan uşaqları daha çox tutulur: “Dünyada təxminən 70 milyona yaxın, Azərbaycanda isə 3500 nəfər autizm xəstəsi var. Bu rəqəmlər nəinki dünyada, həm də Azərbaycanda dəqiq deyil”.

 

Layihənin hazırlanmasında Türkiyə təcrübəsindən istifadə olunacağını deyən H. Rəcəbli qeyd edib ki, eyni zamanda digər ölkələrin təcrübəsindən də yararlanacaqlar.  

 

Daha sonra çıxış edən Türkiyənin Konya Səlcuqlu Bələdiyyəsinin sədri Uğur İbrahim Altay bu sahədə gördükləri işlər haqqında məlumat verib. O vurğulayıb ki, bəzən valideynlər bu xəstəlikdən əziyyət çəkən övladlarını etibar edəcək mərkəz tapa bilmirlər:

 

Azərbaycanın baş psixiatrı, ATU-nun psixiatriya kafedrasının müdiri Gəray Gərayzadə isə deyib ki, bu gün ölkədə sağlamlıq məsələlərinə diqqət günü-gündən artır: “Autizm ən çox uşaq psixiatriyasına aid olan bir məsələdir. 8-10 il bundan əvvəl Azərbaycanda nadir hallarda autizm diaqnozu qoyulurdu. Bu həm sosial məsələlər, həm də diaqnostika ilə bağlı idi. Hazırda ölkədə bu məsələ ilə məşğul olan ictimai qurumlar çox aktiv fəaliyyət göstərir. Autizm digər psixi problemlərdən bir qədər fərqli olaraq, sırf tibbi məsələ deyil. Burada həkimlərin və uşaq psixiatrlarının rolu kifayət deyil. Bu cür ailələrə daha çox reablitasiya, psixoloji, pedoqoji köməklik göstərməkdir”.

 

G. Gərayzadə eyni zamanda deyib ki, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da psixiatrların sayı elə də çox deyil: “Yalnız son illər rezidentura yolu ilə təhsil alan tələbələr bu sahəyə maraq edirlər. Lakin bizə daha çox reabilitoloq, loqopevtlər, sosial işçilər və pedaqoqlar lazımdır. Cəmiyyətimizi xəstəlik barədə maarifləndirmə tədbirləri daha çox aparılmalıdır”.

 

Sonra yerli və xarici mütəxəssislərin çıxışları ilə iclas davam edib və təkliflər qeydə alınaraq layihənin hazırlanmasında istifadə olunacağı bildirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR