Sərbəst güləşçilərimiz məşqlərini Los-Ancelesdə davam etdirəcək

15:33 7 Aprel 2015
36 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, aprelin 11-12-də ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək. Yarışda iştirak edəcək Azərbaycan yığma komandasının üzvləri artıq ABŞ-dadır.
AZƏRTAC xəbər verir ki, Los-Anceles hava limanında yığmamızın üzvlərini orada yaşayan həmyerlilərimiz və Konsulluğun rəsmiləri qarşılayıb.
Yığmamızın üzvləri onlar üçün ayrılmış hoteldə yerləşdikdən sonra gündə 2 dəfədən ibarət olmaqla məşqlərini davam etdirəcək.
Millinin böyük məşqçisi Firdovsi Umudov güləşçilərin əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib. Deyib ki, yarış gününədək məşqlərimizi burada davam etdiririk. İdmançıların iqlim şəraitinə və vaxt rejiminə uyğunlaşa bilməsi üçün bir neçə gün əvvəl gəldik. Federasiyamız tərəfindən burada hazırlığımız üçün lazımi bütün işlər görülüb. Komandamız hazır vəziyyətdədir. Çalışacağıq ki, layiqli nəticə qazanaq və xalqımızı sevindirək.
Xatırladaq ki, Azərbaycan yığması dünya kuboku yarışlarında “B” qrupunda İran, Belarus və Türkiyə yığmaları ilə mübarizə aparacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serbest_guleschilerimiz_mesqlerini_Los_Ancelesde_davam_etdirecek-844233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR