Cocuq Mərcanlıda 10 000 kv.m ərazi təmizlənib

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 10 000 kv.m (1.0 ha) ərazi təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Metbuat.az-a verilən məlumata görə, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi - gün ərzində 10 000 kv.m (1.0 ha) ərazi tam təmizlənib, 5 500 kv.m (0.55 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 15 500 kv.m (1.55 ha)), mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

3 gün ərzində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 31 000 kv.m (3.10 ha) ərazi tam təmizlənib, 19 000 kv.m (1.90 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıbdır. (Cəmi: 50 000 kv.m (5.00 ha)).

Günün qoroskopu: Əlverişli gün deyil - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR