Çinin iki böyük şirkəti “Khazar İslands” layihəsinə sərmayə qoymaq niyyətindədir

15:33 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Çinin “China ZK İnvestment Group” və “TSG Global” şirkətləri “Khazar İslands” layihəsinə sərmayə qoymaq niyyətindədirlər.
“Avesta Konsern”dən AZƏRTAC-a bildiriblər ki, bu barədə konsernin prezidenti Hacı İbrahim Nehrəmlinin Honq-Konqa səfəri zamanı Çinin iki böyük şirkəti – “China ZK İnvestment Group” və “TSG Global” şirkətlərinin rəhbərləri ilə görüşdə məlumat verilib. “Caspian Global”ın səhmdarlarından olan hər iki şirkət “Khazar İslands” layihəsinə maraq göstəridiklərini, bu şəhərin inşaasına sərmayə qoya biləcəklərini qeyd ediblər.
Görüşdə “Khazar İslands” layihəsinə kiçik tranşlarla bütövlükdə 12,5 milyard dollar sərmayə qoyula biləcəyi vurğulanıb. Artıq bununla bağlı ilkin razılıq da əldə olunub və tərəflər əməkdaşlığın rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul ediblər. “China ZK İnvestment Group” və “TSG Global” şirkətlərinin “Khazar İslands” layihəsinə qoşulması ilə bağlı son rəsmiləşdirmə işlərinin yaxın zamanlarda başa çatacağı gözlənilir.
“Khazar İslands”ın daha bir uğurlu təqdimatı da İspaniyada olub. Konsernin prezidenti Marbela şəhərinin meri xanım Angeles Munoz Uriol ilə görüşüb. Görüşdə “Avesta Konsern”in həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib. Layihənin çox maraqlı və cazibədar olduğunu deyən xanım Angeles Munoz Uriol əməkdaşlığa hazır olduqlarını bildirib.
Danışıqlar zamanı Marbela şəhərində fəaliyyət göstərən şirkətlərin “Khazar İslands” layihəsində yer alması da müzakirə olunub. Bu müzakirələrin şirkətlərin iştirakı ilə davam etdirilməsinə qərar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinin_iki_boyuk_sirketi_Khazar_Islands_layihesine_sermaye_qoymaq_niyyetindedir-844236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR