Qarakənd faciəsindən 26 il ötür

Bu gün Qarakənd faciəsi və ya 20 noyabr faciəsindən 26 il ötür.

Metbuat.az-ın məlumatına görə, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri Azərbaycanın hərbi helikopterini vurublar. Məlumata görə, Qarakənd üzərindən 300 m yüksəklikdə uçan “Mİ-8 N72” helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Hadisə nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həyatını itirib.

Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanlar:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;

İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;

Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;

Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;

Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;

Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;

Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;

İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;

Vladimir Vladimiroviç Kovalyov - DQMB-nin Daxili İşlər İdarəsinin rəisi;

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;

Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;

Alı Mustafa oğlu Mustafayev – telejurnalist;

Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı;

Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator;

Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;

Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü;

Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR