Play Store

Mənzil almaq istəyənlər üçün VACİB XƏBƏR VAR - DİQQƏT!

Eyni mənzilin bir neçə nəfərə satılması problemi uzun müddətdir müzakirə edilən məsələlərdəndir.

Məsələ ilə bağlı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna dəyişikliklərə əlavə edilib.

İqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib ki, yeni qaydalara əsasən, “qabaqcadan qeydiyyat” institutu təkmilləşdiriləcək və mənzillərin satışı zamanı daşınmaz əmlakın dövlət reyestri aparılacaq:

“Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlannmalıdır. Bu qaydaların tətbiqi yubansa da, bütün hallarda qanunvericiliyə edilən dəyişikliklər müsbət qiymətləndirilməlidir. Çünki bu, mənzil fırıldaqçıların “əl-qolunu bağlayacaq”. Güman olunur ki, yeni qaydalar eyni mənzilin bir neçə nəfərə satlmasının qarşısını almağa yardım edəcək.

Fikrimizcə, prosesin tamamən şəffaflaşması üçün bir müddət öncə hazırladığımız təkliflərin hamısının qəbul edilməsinə ehtiyac var. Əvəlla, bir sıra MDB ölkələrində olduğu kimi Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb-səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu eyni zamanda, şirkətlərin şəffaf işləməsinə imkan yaradır. İkincisi, satılan mənzillərin elektron qeydiyyatını aparılması icbari xarakter daşımalıdır. Məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılbsa, artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir. Üçüncüsü, hətta “kupçası” olmayan mənzillərin də satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. Dördüncüsü, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var”.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Bitcoin" bahalaşdı - Qiymət – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR