Mikayıl Cabbarov Şəmkirdə vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov Şəmkirdə vətəndaşları qəbul edəcək
15:37 7 Aprel 2015
108 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də Şəmkirdə vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilər. Qəbula gəlmək istəyən vətəndaşlar 7, 8, 9 və 10 apreldə Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyətə məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/mikayil-cabbarov-semkirde-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR