Neft şirkətinin adından istifadə edən şəxsə AĞIR CƏZA

Neft şirkətinin adından istifadə edən şəxsə AĞIR CƏZA
17:24 9 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Müşfiq İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə M. İsmayılov 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd edək ki, M. İsmayılov Dövlət Neft Şirkətinin adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə 10 min manat pul mənimsəməkdə təqsirləndirilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.  

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR