Play Store

İsraildən gözlənilməz açıqlama - Gizli danışıqlar gedir...

Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərgin münasibətlərin Livan üzərindən davam etdiyi zamanda İsraildən sürpriz açıqlama gəlib.

Metbuat.az-ın məlumatına görə, İsrailin ordu radiosuna danışan enerji naziri Yuval Steinitz İrana qarşı Səudiyyə Ərəbistanı ilə birgə hərəkət etdiklərini deyərək, Ər-Riyad və Təl-Əvivin gizli əlaqələri olduğunu açıqlayıb.

Steinitz, əlaqələrin niyə gizli olduğu sualına cavabında deyib: “Bizim bir çox müsəlman və Ərəb ölkəsi ilə qismən gizli əlaqələrimiz var və bu əlaqələrdən utanan biz deyilik. Bu əlaqələrin gizli saxlanılmasını istəyən qarşı tərəflərdir. Bizim üçün problem deyil, ancaq qarşı tərəfin istəyinə hörmət edirik. Bu səbəbdən də gizli saxlayırıq”.

İsrail ordusunun Baş Qərargah rəisi Qadi Eisenkot, ötən həftə Səudiyyə Ərəbistanının “İlaf” qəzetinə verdiyi müsahibədə deyib: “İrana qarşı Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrilə kəşfiyyat və təcrübəmizi paylaşmağa hazırıq”.

Günay Elşadqızı / METBUAT.AZ

Qarakənd faciəsindən 26 il ötür


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR