Kökəlməmək üçün bunları yeyin (FOTO)

Kökəlməmək üçün bunları yeyin (FOTO)
15:41 7 Aprel 2015
473 Sosial
Ölkə mətbuatı
A- A+

İnsanlar arıqlamaq üçün əməliyyat olunur, uzun müddət müxtəlif pəhrizlər saxlayırlar. Lakin bəzən bunların heç biri istənilən nəticəni vermir, əksinə bir müddət sonra həmin insanlar atdıqları çəkini artıqlaması ilə geri alırlar.

Halbuki, sağlam qidalanmaqla insanlar həm istədiklərini yeyə bilər, həm də normal bədən çəkisini saxlaya bilərlər. ANS PRESS oxuculara faydalı, eyni zamanda çəkini artırmayan çərəzləri təqdim edir.

Kişmiş və ləbləbi qarışığı - Bu qarışım qida dəyəri yüksək bir çərəz kimi aclığınızın qarşısını alacaq.



Fındıq və kişmiş - Fındıq sizə artıq çəkini atmağa kömək edəcək. Üzüm ilə birlikdə yeyiləndə isə dəmir və flavonoidlərlə zəngin olan bu qarışıq orqanizmdə metabolozmanın sürətləndirir.



Qoz - Omeqa-3 ilə zəngin olan bu çərəz sizi həm tox tutacaq, həm də metabolizm prosesini sürətləndirərək bədəndəki piylərin daha tez əriməsinə kömək edəcək. Bundan başqa, qoz insanın gümrahlığını və enerjisini, qavrama qabiliyyətini artırır. Müəyyən vaxtlarda bir ovuc qozu 1 ədəd alma və ya hər hansı başqa təzə meyvə ilə yemək daha sürətlə arıqlamağa kömək edir.



Pendir, çörək və mayonezli sendviç - Pendir və çörəyə göyərti və çiy tərəvəz də əlavə edilərsə, bu zaman metabolizm prosesini sürətləndirərək arıqlamağa kömək edir.



Ayran - Qazlı və şəkərli içkilərlə müqayisə olunmayacaq dərəcədə faydalı içkidir. Həddən artıq tərləyərək bədənimizin çox su itirdiyi vaxtlarda isə soda ilə qarışdıraraq içmək daha faydalıdır.

Süd - Südü soyuq deyil, bir az isti içmək insanı daha uzun müddətə tox tutur.



Südlə acı şokolad - Xoşbəxtlik hormonlarını artıran şokolad həm də metabolizma prosesini sürətləndirir. Südlə birlikdə müəyyən miqdarda şokolad isə artıq çəkini daha sürətlə itirməyə kömək edir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=336391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR