Play Store

Ərəb Birliyi İrana qarşı toplandı - BMT-yə şikayət

Ərəb Birliyi xarici işlər nazirlərini fövqəladə gündəmlə toplayan Səudiyyə Ərəbistanı, İranın hücumlarına laqeyd qalmayacaqlarını bildirib.

Metbuat.az-ın məlumatına görə, Livan baş naziri Saad Həririnin, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda istefa verməsindən sonra ölkəsinin İranla vəziyyətin daha da gərginləşməsindən danışan xarici işlər naziri Adil əl Cubeyr, Tehranı qınadıqlarını bildirərək, milli təhlükəsizliklərini qorumaqda tərəddüd etməyəcəklərini açıqlayıb.

Misirin paytaxtı Qahirədə keçirilən zirvə görüşündə danışan Bəhreyn xarici işlər naziri Şeyx Xalid bin Əhməd əl-Xəlifə də, İranın “Hizbullah” vasitəsilə Livanı tamamilə idarə etdiyini bildirib.

Ərəb Birliyinin baş katibi Əhməd Əbu Qayt isə, ərəb ölkələrinin hazırda İranla müharibəyə girməyəcəyini bildirib. İclasdan sonra mətbuat konfransı keçirən Qayt, “Ərəb Birliyi xarici işlər nazirləri iclasının nəticəsi “Hizbullah”ın terror təşkilatı olmağını vurğulayır” deyib.

Görüşdə Livan qrupu, 14 səhifəlik hesabatda ən çox “Hizbullah” hissəsinə etiraz edib. İraqdan da buna bənzər etiraz gəlib. Ərəb ölkələri İranı BMT Təhlükəsizlik Şurasına şikayət etməyə hazırlaşır. Səbəb isə vətəndaş müharibəsi ölkəsi olan Yəməndə Husilərin dəstəklənməsi və Ər-Riyada raket atılmasıdır.

Saad Həririnin istefası, Yəməndən Ər-Riyada raket atılması kimi ard-arda baş verən hadisələr nəticəsində, noyabr ayı ərzində Səudiyyə Ərəbistanı ilə İran bir neçə dəfə bir-birlərini müharibə ilə təhdid edib. Günlərlə Səudiyyə Ərəbistanında qalan Həriri, həftə sonu Fransaya səfər edib və çərşənbə günü ölkəsinə geri dönəcək. Beyrut və Tehran rəhbərlikləri, Həririnin Səudiyyənin təzyiqi ilə istefa verdiyini və orada günlərlə girov saxlanıldığını iddia edir.

Günay Elşadqızı / METBUAT.AZ

İsraildən gözlənilməz açıqlama - Gizli danışıqlar gedir...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR