15 uşaq sonsuzluq riskindən xilas edildi

15 uşaq sonsuzluq riskindən xilas edildi
11:38 20 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

15 uşaq gələcəkdə sonsuzluq riskindən cərrahi əməliyyatla qurtulub.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, əməliyyatlar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində icra olunub.

Bir gündə 15 kriptorxizmli uşaq üzərində orxipeksiya əməliyyatını icra edən şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan bildirib ki, əməliyyat edilən hər bir uşaq diqqətli şəkildə araşdırıldıqdan sonra əməliyyata götürülüb: “Bəzi uşaqlarda əvvəl keçirdikləri uğursuz əməliyyat nəticəsində problem təkrarlanmışdı. Təbii ki, təkrar əməliyyatlar daha mürəkkəb idi. Bütün bunlara baxmayaraq, heç bir xəstədə problem qeydə alınmadı. Xəstələr eyni gündə və ya ertəsi gün evə buraxıldı”.

Qeyd edək ki, kriptorxizm uşaqlarda çox geniş yayılmış xəstəlikdir. Kriptorxizmli uşaqlar bir yaşa qədər əməliyyat olunmalıdırlar ki, gələcəkdə sonsuzluq problemi yaşamasınlar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/221381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR