Azərbaycan Superliqasının bir neçə voleybolçusu rəmzi dünya yığmasına daxil edilə bilər

15:48 7 Aprel 2015
42 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
“Rabitə” komandasının üç voleybolçusu və “Lokomotiv” komandasının bir voleybolçusu rəmzi dünya yığmasına daxil edilə bilər.
AZƏRTAC xəbər verir ki, bu mövzuda səsvermə məşhur Worldofvolley.com voleybol saytı tərəfindən təşkil edilib.
“Rabitə” komandasının tailandlı voleybolçusu Nootsara Tomkom ən yaxşı əlaqələndirici adına iddia edir. Onun komanda yoldaşı dominikanlı Brenda Kastilyo ən yaxşı libero ola bilər. Azərbaycan Superliqasının iki hücumçusu – italiyalı Valentina Ariqetti (“Lokomotiv”) və amerikalı Foluke Akinradevo (“Rabitə”) da rəmzi dünya yığmasına daxil edilə bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Superliqasinin_bir_neche_voleybolchusu_remzi_dunya_yigmasina_daxil_edile_biler-844242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR