Düşmənə daha bir tutarlı cavab

Düşmənə daha bir tutarlı cavab
14:51 7 Aprel 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun tərkibində Türkiyə hərbçilərinin döyüşməsi məsələsinə rəsmi aydınlıq gətirilib.

ANS PRESS-in məlumatına görə, Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin olunub.

Qondarma-separatçı rejimin "müdafiə naziri" Movses Akopyanın verdiyi məğlub xarakterli çıxışı, son zamanlar cəbhədə çoxlu sayda itkilərlə müşahidə olunan uğursuzluqlarının ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyildir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=336420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR