Keçmiş baş nazir Misir prezidenti ilə görüşəcək

“Çərşənbə günü Saad Həriri Misir prezidenti Əbdülfəttah Sisi görüşmək üçün Qahirəyə gedəcək”.

Metbuat.az-ın məlumatına görə, bu barədə Saad Həririnin mıtbuat xidmətinin yazılı açıqlamasında deyilib. Yazılı açıqlamada görüşdə hansı mövzuların müzakirə ediləcəyi və səfərin nə qədər davam edəcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Saad Həriri şənbə günü həyat yoldaşı ilə birgə Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə səfər edib və onunla görüşüb.

Həriri,Makronla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, o, çərşənbə günü Müstəqillik Günü mərasiminə qatılmaq üçün Beyrutta olacaq.

Günay Elşadqızı / METBUAT.AZ

Əbu-Kamal yenidən İŞİD-dən geri alındı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR