Zimbabve prezidenti istefa verməyə razı oldu

Zimbabveni 37 ildir idarə edən prezident Robert Muqabe istefa verməyə razı olub.

Metbuat.az-ın məlumatına görə, ötən gün xalqa müraciətində istefa verəcəyi gözlənilsə də, o, 20 dəqiqə davam edən çıxışında razılaşdırılmış mətndən yayınaraq, bunu etməyib. Ancaq generallarla apardığı danışıqlardan sonra Muqabenin istefanı qəbul etdiyi açıqlanıb. Robert Muqabe və həyat yoldaşı Qreys Muqabeyə istefa üçün toxunulmazlıq sözü verilib və mülklərinin də özlərində qalacağı bildirilib.

Muqabenin istefa məktubunun Milli Məclisin spikerinə göndəriləcəyi və sonra rəsmi olaraq həyata keçiriləcəyi deyilir.

Günay Elşadqızı / METBUAT.AZ

Sergey Lavrov ADA Universitetində tələbələrlə görüşdü

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR