Azərbaycan MN: Separatçı rejimin "müdafiə naziri"nin məğlub xarakterli çıxışı populist cəhddən başqa bir şey deyil

Azərbaycan MN: Separatçı rejimin "müdafiə naziri"nin məğlub xarakterli çıxışı populist cəhddən başqa bir şey deyil
14:52 7 Aprel 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 15:45 ]

"Düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edirlər"

Bakı - APA. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin olunub. Qondarma-separatçı rejimin "müdafiə naziri" Movses Akopyanın məğlub xarakterli çıxışı, son zamanlar cəbhədə çoxlu sayda itkilərlə müşahidə olunan uğursuzluqlarının ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyil”.

 

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

 

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edirlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR