APA-nın Gürcüstan müxbirinin kitabı nəşr olunub - FOTO

APA-nın Gürcüstan müxbirinin kitabı nəşr olunub - FOTO
14:57 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 15:51 ]


Bakı - APA. Tiflisdə APA-nın Gürcüstan üzrə xüsusi müxbiri, şair-jurnalist Nizami Məmmədzadənin bu ölkədəki 200-500 yaş tarixə malik olan qədim qəbiristanlıq haqqında "Çələbilər" adlı poema və şeirlərdən ibarət kitabı nəşr olunub.

 

APA-nın məlumatına görə, kitab Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin dəstəyi ilə nəşr edilib. Kitaba filologiya elmləri doktoru Şurəddin Məmmədli ön söz yazıb və Çələbilər qəbiristanlığı haqqında ətraflı məlumat verib.

 

Müəllif qeyd edib ki, 1728-ci ildə Osmanlı dövründə tərtib edilən “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə Baydar nahiyəsində iki Çələbi kəndinin olduğu bildirilib. Çələbilər qəbiristanlığı barədə Gürcüstan Mərkəzi Arxivində əhəmiyyətli materiallar var. Məlumata görə, Azərbaycanın bir neçə bölgəsində də Çələbi kəndi var.

 

Borçalıda mövcud olan Çələbi kəndinin adı digər kəndlər kimi 19-cu əsrədək bütün tarixi qaynaqlarda çəkilib. Ancaq sonralar hələlik məlum olmayan səbəblərə görə bu kənd xəritədən silinib.

 

Poemanın sonunda Borçalıda 200 ildən-500 ilədək tarixi olan “Çələbilər” qəbiristanlığının tarixinin araşdırılmasının vacibliyi vurğulanıb. Müəllif bu məşhur qəbiristanlığın getdikcə məhv olduğunu və Borçalı tarixinin daha bir səhifəsinin də gələcək nəsillərə çatmayacağını bildirib.

 

Qeyd edək ki, bu, N. Məmmədzadənin 8-ci kitabıdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR