Vergi orqanları üzrə proqnoz tapşırıqlar - 109,1 faiz

“2017-ci ilin yanvar-oktyabr ayları ərzində ərazi vergi orqanları üzrə proqnoz tapşırıqlarına ümumilikdə 109,1 faiz əməl edilib”.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, bunu vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov Sumqayıt, Şirvan, YevlaxQəbələ şəhərlərində keçirilən zona müşavirəsində bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafının davamlı olaraq təmin edilməsi nəticəsində iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən və 1999-cu ildən etibarən kənd təsərrüfatının torpaq vergisi istisna olmaqla, bütün vergilərdən tamamilə azad olunmasına baxmayaraq, son 10 il ərzində ərazi vergi orqanları üzrə vergi daxilolmalarının 7 dəfəyədək artaraq 86,6 milyon manatdan 600,8 milyon manata çatdırılıb.

Yevlax keçirilən tədbir çərçivəsində kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vergi ödəyiciləri ilə ayrıca görüş keçirilib. Görüşdə kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması üçün dövlət tərəfindən görülən tədbirlər barədə məlumat verən S.Ələkbərov bildirib ki, bu, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının və onların digər ölkələrə ixracının artmasına ciddi təkan verib. Bununla yanaşı, belə vergi ödəyiciləri arasında ciddi vergidən yayınma hallarının olduğu qeyd edilərək, bunun səbəbləri təhlil olunub, vergi ödəyicilərinin qaldırdığı məsələlər və verdikləri təkliflər dinlənilib. Xüsusi olaraq vurğulanıb ki, bir sıra hallarda bəzi işbazlar vergidən yayınmaq və buna görə heç bir məsuliyyət daşımamaq məqsədilə kənd təsərrüfatı məhsullarının ixracı prosesinə bu işə səriştəsi olmayan insanları cəlb edir, onların əli ilə vergi qanunvericiliyini kobud surətdə pozaraq vergidən yayınmağa cəhd göstərirlər. Vergi orqanları tərəfindən belə faktlar aşkarlandıqda isə məlum olur ki, müvafiq sənədləri imzalayan və qanun qarşısında cavabdehlik daşıyan şəxslər əslində bütün işlərdən xəbərsizdirlər və onlara cüzi vəsait ödənilməklə külli miqdarda vergilərdən yayınma hallarına görə məsuliyyət belə şəxslərin üzərinə atılıb.

Bu kimi hallarla qarşılaşmamaq üçün görüş iştirakçılarına konkret tövsiyyələr verilib, öz fəaliyyətlərini şəffaf və qanun çərçivəsində qurmalarının zəruriliyi onlara bir daha izah edilib.

Günay Elşadqızı / METBUAT.AZ

Azərbaycan diplomatiyası 25 ildə: riskli və mürəkkəb şəraitdə uğurun sirri

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR