Darknet - gizli internet: Silah, narkotik, insan alveri... - Azərbaycanda da var...

İnternetin qaranlıq üzü kimi tanınan Darknet yaxud da “Deep Web” ilə bağlı bir çox fərziyələr mövcuddur.

Deyilənə görə, Darknetdə silah, narkotik, insan alveri kimi çirkli işlər həyata keçirilir. Digər tərəfdən, gizliliyi sevən qanuni istifadəçilər də bu internetdən istifadə edirlər. Çünki Darknet izlənilmir və əngəllənmir. Virtual dünyada diqqət çəkmək istəməyənlərin tək ünvanı Darknetdir.

“Bura qlobal internetdə gündəlik istifadə olunan - “Google Chrome”, “Opera”, “Mozilla”, “İnternet Explorer” kimi axtarış sistemləri tərəfindən indekslənməyən müxtəlif saytlar daxildir”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirib.

Onun sözlərinə görə, Darknet müxtəlif insanların öz aralarında gizli şəkildə şəbəkəyə qoşulmasıdır:

“Bu şəbkəyə qoşulanlar yalnız öz aralarında əlaqə qura bilirlər. Darknetə daxil olan saytlarda qanunvericiliyə zidd olan müxtəlif işlər görülür. Darknet şəbəkəsində silah, narkotik satışı, insan alveri kimi qanunazidd əməllər var. Bu proseslər necə həyata keçirilir? Onlar öz aralarında şəbəkə yaradırlar və bu şəbəkə vasitəsilə planlarını həyata keçirirlər. Bu gün cəmiyyətdə insanların sui-qəst etməsinə səbəb olan “Mavi balina” oyunu da bu şəbəkələrdədir.

Azərbaycanda da Darknetə qoşulmaq mümkündür. O cür qruplara qoşulmaq üçün Azərbaycandan və ya digər ölkədən olmağın heç bir əhəmiyyəti yoxdur. Bu gün həmin şəbəkəyə real olaraq qoşulmaq və cinayət əməlləri törətmək mümkündür”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda hava kəskin soyuyacaq - DİQQƏT! – OXUMAQ ÜÇÜN TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR