Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyondan çoxdur

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyondan çoxdur
15:58 7 Aprel 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC 
Cari il aprelin 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən mart ayında əlavə olaraq 22 min 710 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,2 faiz artıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyon 41 min 813 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 milyon 797 min 23 nəfər) kişi, 40,9 faizi (1 milyon 244 min 790 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,71 faizini (751 min 897 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,74 faizini (661 min 371 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,84 faizini (634 min 48 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2 faizini (644 min 104 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,51 faizini (350 min 393 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvarın tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_ferdi_sexsi_hesabi_olan_sigortaolunanlarin_sayi_3_milyondan_choxdur-844249

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR