Heydər Əliyev prospektində görülən təmir işləri davam etdirilir

Heydər Əliyev prospektində görülən təmir işləri davam etdirilir
15:58 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində təmir işləri davam etdirilir.
Bunu AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi ilə yanaşı, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidənqurulması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekonstruksiyası və sair işlər aparılır. Artıq 5 kilometrlik hissənin 1800 metr hissəsinə asfalt-beton örtük döşənib, 1 kilometr hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması başa çatdırılıb. Üfiqi nişanlanma zamanı termoplastik yol cizgi boyasından istifadə edilir. İşlərin tez bir zamanda başa çatdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC tərəfindən bütün qüvvələr səfərbər edilib.
Qeyd edək ki, təmir işlərinin aparılmasında əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə prospektin görkəmini daha da yaxşılaşdırmaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_prospektinde_gorulen_temir_isleri_davam_etdirilir-844246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR