Bakıda fəhlə faciəli şəkildə ölüb

Bakıda fəhlə faciəli şəkildə ölüb
15:02 7 Aprel 2015
72 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Bakının Binəqədi rayonunda - metronun "Azadlıq" stansiyasının yanındakı parkda tikilməkdə olan obyektdə faciə baş verib.
"Report"un məlumatına görə, 20-25 yaşlı fəhlə tikilməkdə olan binanın dördüncü mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. 
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən əraziyə cəlb olunub. Hadisə yerinə baxış keçirilib və meyit morqa göndərilib. Ölənin şəxsiyyəti hələlik məlum deyil.
Qeyd edək ki, bir neçə ay əvvəl həmin obyektdə qaz sızması nəticəsində partlayış baş vermişdi. 




Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-fehle-facieli-sekilde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR