Elnur Huseynov: Builki souda heyranedici sehne teqdimati olacaq

Elnur Huseynov: Builki souda heyranedici sehne teqdimati olacaq
16:03 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel AZƏRTAC
“Eurovision” mahnı müsabiqəsi özümü solo müğənni kimi təqdim etmək üçün böyük şansdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanı “Eurovision-2015”də təmsil edəcək Elnur Hüseynov yarışmanın rəsmi saytına müsahibəsində deyib.
Bu müsabiqənin səhnəsində ölkəmizi artıq ikinci dəfə təmsil edəcəyini qeyd edən E.Hüseynov şouda heyranedici səhnə təqdimatı olacağını söyləyib: “Bununla bağlı çoxlu ideyalarımız var. Odur ki, “Eurovision-2015”də məxsusi bir perfomans görəcəksiniz”.
“Builki mahnımıza inanıram, onda çox güclü mesajlar var. Mahnının sözlərində “hər bir qəlb mübarizə etməyə layiqdir” deyildiyi kimi, biz heç vaxt təslim olmamalı, xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq”, - deyə o bildirib.
Xatırladaq ki, Elnur Hüseynov müsabiqədə “Hour Of The Wolf” mahnısını ifa edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elnur_Huseynov_Builki_souda_heyranedici_sehne_teqdimati_olacaq-844252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR