Play Store

Hadisə törədərək qaçan sürücülər - Saxlanıldı

Hadisə törədərək qaçan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, noyabrın 6-da Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə sürücü - Bakı şəhər sakini Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib.

Noyabrın 17-də Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Məhsəti qəsəbəsinin ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomaşını Gəncə şəhər sakini Orxan Əmirovun idarə etdiyi “BMW” markalı avtomobilə vuraraq hadisə yerini tərk edib. O.Əmirovun 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəza hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsrəddin Musayev müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.

Azərbaycanlı çoban türk əsgərlərini belə xilas etdi... - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR