Cocuq Mərcanlıda su təchizatı infrastrukturu yaradılıb

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalini içməli su ilə təmin etmək üçün su təchizatı infrastrukturu yaradılıb.

“Azərsu” ASC-dən Metbuat.az-a verilən məlumata görə, bu məqsədlə subartezian quyusu qazılıb, su xətti çəkilərək bütün yaşayış evləri içməli su ilə təmin edilib. Sakinlərə operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə kənddə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsi yaradılıb. Gələcəkdə kəndin su təchizatı bu xidmət sahəsi tərəfindən həyata keçiriləcək.

Noyabrın 17-də “Azərsu” ASC və Cəbrayıl RİH rəhbərliyinin iştirakı ilə xidmət sahəsi binasına baxış keçirilib. Burada yaradılmış şəraitlə tanış olan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov kənd sakinlərinə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə müvafiq tapşırıqlar verib.

TƏHLÜKƏ: Bakı sakinlərinə çox vacib xəbər! - ETSN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR