Play Store

Yük avtomobilində narkotik vasitə tapıldı - DGK

İrandan Qazaxıstana gedən yük avtomobilində narkotik vasitə tapılıb

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Qazaxıstana gedən yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin dartıcısının kabinəsinə xidməti it reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsi saxlanılıb və əsaslı yoxlanılıb. Nəticədə, kabinənin yataq yerinin üzərində sürücüyə məxsus əl çantasının içərisindəki siqaret qutusunda xalis çəkisi 0,421 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

TƏHLÜKƏ: Bakı sakinlərinə çox vacib xəbər! - ETSN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR