Təcili yardıma müraciət edənlərin sayı

Bu ilin ilk 10 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 567 min 680-dan artıq ümumi müraciət daxil olub.

Bu barədə Səhiyyə Nazirliyindən Metbuat.az-a məlumat veriblər:

“Bu müraciətlərdən 52 min 965-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 65 min 300-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 10 min 480-dan artıq olub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1600 nəfərdən çoxdur. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 123 min 375, hospitalizasiya 10 min 287; miokard infarktı ilə müraciətlərin sayı 697, hospitalizasiya 657-ə yaxın; insultla müraciətlərin sayı 3 min 100, hospitalizasiya 2 min 772; doğuşla bağlı müraciətlərin sayı 2 min 573, hospitalizasiya 2 min 561; zədələnmələrin ümumi sayı 17 min 250, hospitalizasiya 10 min 734, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1937, hospitalizasiya 1691 olub ki, bu rəqəmdə də keçən il ilə müqayisədə azalma qeyd edilir. Tibb müəssisəsindən kənar doğuşların sayı 83 olub. Onların da hamısı hospitalizasiya olunub. BŞT vəTTYS-nın bölmələrinə birbaşa müraciətlərin sayı 31 min 510, hospitalizasiya 2 min 591-dir”.

Nazirlikdən bildirilib ki, ümumi müraciətlərin içərisində bədbəxt hadisələrin sayı 20 min 893-dür. Bunlardan da 2 min 926-sı uşaqlardır. Hospitalizasiya 1915 təşkil edir. Bədbəxt hadisələr zamanı hospitalizasiya olunanların sayı 13 min 962, bunların da 1915 nəfəri uşaqlardır.

Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini zədələnmələr təşkil edir. Statistik rəqəmlərə əsasən 2017-ci ilin 10 ayı ərzində BŞTvəTTYS-na nəqliyyat hadisəsi səbəbindən 1937 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1691 nəfər hospitalizasiya edilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı ilin 10 ayı ərzində baş verən 2020 nəqliyyat hadisələri nəticəsində 1771 nəfər hospitalizasiya olunmuşdur. Bu da avtoqəzaların sayında 83, hospitalizasiyada isə 80 halda azalma deməkdir.

Ötən il ilə müqayisədə ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən avtoqəzalar zamanı xəsarət alanların sayındakı azalma nəzərə çarpandır. Belə ki, ötən il avtobus qəzalarında xəsarət alanların sayı 79 idisə, bu il bu rəqəm 39-a düşüb. Həmçinin kütləvi avtoqəzalar zamanı xəsarət alanların sayı da azalaraq 285-dən 202-yə enib.

Bayram, istirahət günləri və axşam saatlarında qaranlıq düşdükdən sonra avtoqəzalar daha çox baş verir. Bu da istirahət və bayram günlərində nəqliyyat vasitələrinin sayının çoxluğu, həmçinin magistral yollarda hərəkətin intensivliyi ilə izah olunur. Axşam saatlarında avtoqəzaların sayının artmasına nəqliyyat vasitəsini idarə edən şəxslərin iş gününün sonunda yorğunluğu və bəzi yollarda işıqlandırmanın kifayət qədər olmaması da öz təsirini göstərir.

Yol nəqliyyat hadisələrinin azalması üçün piyadaların da yol hərəkəti qaydalarına əməl etmələri – yeraltı və yerüstü keçidlərdən istifadə etmələri vacib şərtlərdəndir.

Aysel Yaqubqızı / Metbuat.az

Dünyanın ilk baş nəqli əməliyyatı icra olundu - 18 saatlıq əməliyyat


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR